İLDIRIM, ŞİMŞƏK

qasırğalı buludlar arasında baş verən elektrik boşalması (qığılcım şək-lində). İldırım vurması çox qüvvətlidir, ağacı parçalayır, quru ağacı yandırır, meşə yanğınına səbəb olur, quma düşdükdə onu əridir, insanı və heyvanı dərhal öldürür.
İL
İLDIRIMDAN MÜHAFİZƏ
OBASTAN VİKİ
Şimşək
İldırım — göy gurultusu və şimşəkdən ibarət, səma ilə yer arasındakı elektrik boşalmasıdır. Şimşək — bir buludun bazası ilə yer arasında, iki bulud arasında və ya bir bulud içində elektrik boşalarkən yaranan qırıq xətt formasındakı müvəqqəti işıqdır. Havada olan su buxarı kondensasiya etdikdə və yuxarı qalxan hava axını kondensasiya etmiş həmin damcıların içərisindən sürətlə keçdikdə onları parçalayır, müsbət və mənfi ionlara ayırır. Həmin ionlar buludun müxtəlif sahəsinə yığıldıqda qüvvətli elektrik sahələri əmələ gəlir. Bir buludun müsbət (və ya mənfi) qütbü ilə digər buludun mənfi (və ya müsbət) qütbü və ya yer arasında gərginlik müəyyən həddə çatanda havada deşilmə baş verir. Bu zaman buludda olan mənfi yüklər yerə, yerdə olan müsbət yüklər isə buluda tərəf axmağa başlayır. Sürətli axın zamanı güclü parıltı (şimşək) görünür və gurultu səsi eşidilir. Gurultu havanın sürətli genişlənməsi və partlayışı nəticəsində baş verir. Boşalmada cərəyanın şiddəti 500 min amper, gərginlik isə 109 volt ola bilir.İldırımın işığı parlaq və gözqamaşdıran olur, əyri xətlərlə bir neçə km gedir, çoxlu qollara bölünür ki, bu da şimşək adlanır. Coğrafiya ensiklopediyası (I cild).
İldırım
İldırım — buludların içərisində və ya buludlarla yer səthi arasında elektrik boşalmalarının baş verdiyi atmosfer hadisəsi olub şimşək çaxması ilə müşayiət olunur. Bir qayda olaraq, ildırım möhkəm topa buludlarda əmələ gəlir və güclü yağış, dolu və fırtına ilə müşayiət olunur. Yağışsız ildırım "quru ildırım" adlanır. İldırım insanlar üçün ən təhlükəli hava hadisələrindən biridir: qeydə alınan ölümlərin sayı baxımından yalnız daşqınlar daha çox insan itkisinə səbəb olur.
Berxan Şimşək
Bərxan Şimşək (1 mart 1957, Bayburt) — Türkiyə kinoaktyoru və siyasətçisi. == Həyatı == Bərxan Şimşək 1957-ci ildə Bayburtda dünyaya gəlib. İbtidai təhsilini Bayburtda, orta təhsilini İstanbul Əbdülhaqhəmid Gecə Orta məktəbində, lisey təhsilini Vəfa Axşam Liseyində alıb. Hazırda Açıqöyrətim fakültəsinin İşlətmə şöbəsində oxuyur. 1970-ci illərdə peşəkar kinoaktyor karyerasına başlayıb, "Xudahafiz sabah", "Uzlaşma", "İpəkçə", "İşıqlar sönməsin" kimi filmlərdə çəkilib. Televiziya və serial rejissoru da olan Bərxan Şimşək Maqazin Qəzetçiləri Dərnəyinin "Ən yaxşı aktyor", 1994-cü il Ankara Kinofestivalının "Ən yaxşı ikinci paln aktyoru" mükafatlarına layiq görülüb. 78-cilər Vəqfı və Çağdaş Kinoaktyorlar Dərnəyinin qurucusu olan Bərxan Şimşək, "Günaydın" qəzetinin köşə yazarı da olub. 1999-cu ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) 10-cu Növbədənkar Qurultayında partiya məclisinə üzv seçilib və 5 dönəm partiya məclisi üzvü olub. 22-cı çağırış Türkiyə Böyük Millət Məclisinə (2002–2007) CHP-dən İstanbul millət vəkili seçilib. Bu dönəmdə Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının üzvü, Türkiyə-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri olub.
Bərxan Şimşək
Bərxan Şimşək (1 mart 1957, Bayburt) — Türkiyə kinoaktyoru və siyasətçisi. == Həyatı == Bərxan Şimşək 1957-ci ildə Bayburtda dünyaya gəlib. İbtidai təhsilini Bayburtda, orta təhsilini İstanbul Əbdülhaqhəmid Gecə Orta məktəbində, lisey təhsilini Vəfa Axşam Liseyində alıb. Hazırda Açıqöyrətim fakültəsinin İşlətmə şöbəsində oxuyur. 1970-ci illərdə peşəkar kinoaktyor karyerasına başlayıb, "Xudahafiz sabah", "Uzlaşma", "İpəkçə", "İşıqlar sönməsin" kimi filmlərdə çəkilib. Televiziya və serial rejissoru da olan Bərxan Şimşək Maqazin Qəzetçiləri Dərnəyinin "Ən yaxşı aktyor", 1994-cü il Ankara Kinofestivalının "Ən yaxşı ikinci paln aktyoru" mükafatlarına layiq görülüb. 78-cilər Vəqfı və Çağdaş Kinoaktyorlar Dərnəyinin qurucusu olan Bərxan Şimşək, "Günaydın" qəzetinin köşə yazarı da olub. 1999-cu ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) 10-cu Növbədənkar Qurultayında partiya məclisinə üzv seçilib və 5 dönəm partiya məclisi üzvü olub. 22-cı çağırış Türkiyə Böyük Millət Məclisinə (2002–2007) CHP-dən İstanbul millət vəkili seçilib. Bu dönəmdə Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının üzvü, Türkiyə-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri olub.
Qara şimşək
Qara şimşək (ing. Black Bolt) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 45-ci sayında (dekabr 1965) peyda olmuşdur. Qara şimşək supergüclərə malik Qeyri-insanlar adlı irqin lideri və kralıdır. Qara şimşək bir neçə videooyun, animasiya serialı və məhsulda görünmüşdür. 2017-ci ildə buraxılmış və Marvel Kinematoqrafiya Kainatına daxil olan "Qeyri-insanlar" serialında Qara şimşək rolunu Enson Maunt canlandırmışdır. Qara şimşək Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 45-ci sayında (dekabr 1965) peyda olmuşdur. Qara şimşək ilk peyda oluşunda Qeyri-insanların başçısı kimi təqdim olunmuşdur. "Tales of the Inhumans" hekayədə Qara şimşəyin hekayəsi açıqlanmışdır. Kral Aqonun və Kraliça Rindanın oğlu olan Qara şimşək hələ embrionda ikən Terriqen dumanlarına məruz qalmış və elektronları manipulyasiya etmək gücü qazanmışdır.
Mehmet Şimşək
Mehmet Şimşək (həmçinin Mehmet Şimşək; türk. Mehmet Şimşek; 1 yanvar 1967, Arıca[d], Batman ili, Türkiyə) — Türkiyə siyasətçisi və iqtisadçısı. O, 3 iyun 2023-cü ildən Türkiyə Xəzinə və Maliyyə naziri vəzifəsində çalışır. Şimşək 24 noyabr 2015-ci il tarixindən 9 iyul 2018-ci ildə bu vəzifə ləğv edilənə qədər Türkiyə Baş nazirinin müavini olmuşdur. O, daha əvvəl 2009–2015-ci illərdə baş nazirlər Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğlunun hökumətlərində maliyyə naziri vəzifəsində çalışmışdır. Şimşək Ədalət və İnkişaf Partiyasının üzvü olaraq 2007-ci ildə keçirilən ümumi seçkidə Qaziantepdən, 2011-ci ildə isə Batmandan millət vəkili seçilmişdir. == Həyatı == Mehmet Şimşək 1 yanvar 1967-ci ildə Türkiyənin Batman vilayətinin Gərcüş rayonunun Arıca kəndində anadan olmuşdur. Kürd əsillidir. Şimşək səkkiz uşaqlı ailənin ən kiçiyi idi. Anası o, dörd yaşında olarkən vəfat etmişdir.
Məhməd Şimşək
Mehmet Şimşək (həmçinin Mehmet Şimşək; türk. Mehmet Şimşek; 1 yanvar 1967, Arıca[d], Batman ili, Türkiyə) — Türkiyə siyasətçisi və iqtisadçısı. O, 3 iyun 2023-cü ildən Türkiyə Xəzinə və Maliyyə naziri vəzifəsində çalışır. Şimşək 24 noyabr 2015-ci il tarixindən 9 iyul 2018-ci ildə bu vəzifə ləğv edilənə qədər Türkiyə Baş nazirinin müavini olmuşdur. O, daha əvvəl 2009–2015-ci illərdə baş nazirlər Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğlunun hökumətlərində maliyyə naziri vəzifəsində çalışmışdır. Şimşək Ədalət və İnkişaf Partiyasının üzvü olaraq 2007-ci ildə keçirilən ümumi seçkidə Qaziantepdən, 2011-ci ildə isə Batmandan millət vəkili seçilmişdir. Mehmet Şimşək 1 yanvar 1967-ci ildə Türkiyənin Batman vilayətinin Gərcüş rayonunun Arıca kəndində anadan olmuşdur. Kürd əsillidir. Şimşək səkkiz uşaqlı ailənin ən kiçiyi idi. Anası o, dörd yaşında olarkən vəfat etmişdir.
Almas İldırım
Almas İldırım (əsl adı Əbdülhəsən Almaszadə) (24 mart 1907, Qala, Bakı qəzası – 14 yanvar 1952, Elazığ) — Azərbaycanın mühacir şairi. == Həyatı == Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olub. 1914-1915-ci illərdə "İttihad" məktəbində təhsil aldığı dövrdə farsca öyrənib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəsli sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevrilir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilir. 1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bu gün" adlı şeir məcmuəsini çap etdirir. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur.
Kürəvi ildırım
Mahmud İldırım
Mahmut Yıldırım (1 yanvar 1951, Solxan, Bingöl ili) — Zaza əsilli Türk kəşfiyyatcı. == Həyatı == Dörd il sonra fərqli bir misyaya soyunub, fərqli bir adla tanılmağa başladı. Əməliyyatlarda PKK-lı kimi geyinən Mahmud Yıldırım, polis və əsgərlərin tanıması üçün "Yaşıl şərf" taxırdı. Abdulla Öcalanın öldürülməsi üçün göndərildikdən 3 ay sonra öldürməməsi əmrini alır və Yıldırımın üsyanından sonra vətən xayini elan olunmuşdur. Daha sonra ölkəni tərk edərək Şama gedir və bir daha ondan xəbər alınmır. Məşhur Susurluq kazası (qəzası) sonra ortaya çıxan əlaqələr, Yaşılın bir çox cinayətlərdə əli olduğu şübhəsi yaratdı, amma nə qədər axtarıldısa tapılmadı, Türkiyənin keçmiş baş naziri Məsud Yılmaz aldığı məlumatlara görə Yeşilin öldüyünü elan etdi. (Polis onu axtarırdı, amma tapa bilmirdi, neçə dəfə əlindən qaçırıb polis onu, amma tuta bilməyib, deyilənlərə və bəzi şahidlərə görə Mahmud Yıldırımın dövlətin əlində olduğu və üzünün dəyişdirildiyini deyilir) Ancaq qısa vaxt ərzində Yeşil, İHD başqanı Akın Birdalı öldürənlərin arxasında kı, adam olduğu ortaya çıxmışdır. Daha sonrakı məlumatlar İldırımın sağ olduğu şübhəsini yaratdı. Susurluq hesabatında da İldırıma 12 səyfəlik yer verildi. Əhmət Dəmir, Mehmet Qırmızı adlı saxta vəsiqələri işlədən, Cənub-Şərq də "Saqqallı" adıyla tanınan Solxanlı Mahmud İldırımın keçmişi bir dəfədə aşkara çıxarıldı.
Çingiz İldırım
Çingiz İldırım (tam adı Sultanov Çingiz İldırım oğlu; 10 iyul 1890, Qubadlı, Zəngəzur qəzası – 27 iyul 1941, Moskva) — Azərbaycan Xalq Cümhuriyyəti donanmasının komandanı, xalq komissarı. 1890-cı ilin 10 iyulunda bəy ailəsində dünyaya gəlmişdir. Atası İldırım Qubadlıda ilk məktəbin açılmasına nail olmuş və 2 oğlunu — Çingizlə Cabbarı həmin məktəbdə oxutdurmuşdur. Kənd məktəbini bitirdikdən sonra Çingiz Şuşadakı realnı məktəbdə təhsilini davam etdirmişdir. Bu məktəb 1906-cı ildə bağlanmış, Çingiz isə təhsil ardınca Vladiqafqaza yollanaraq orta təhsilini 1909-cu ildə orada tamamlamışdır. Həmin ildə 19 yaşlı Çingiz, Sankt-Peterburqa ali təhsil almaq üçün yollanmış və Politexnik institutun dağ-sənaye şöbəsinə qəbul olunmuşdur. Ali təhsilini 1916-cı ildə başa vurduqdan sonra oradakı "Ayvaz" zavodunda mühəndis-metallurq kimi iş fəaliyyətinə başlamışdır. Yüksək səviyyəli mühəndis-metallurq olmuşdur. 7 iyul 1937-ci ildə İldırım NKVD tərəfindən həbs edildi və iddia edilən əks-inqilabi fəaliyyətdə ittiham edildi. Dnepropetrovskda, Bakıda və Moskva da məhbus olaraq saxlanıldı.
İldırım Ağayev
İldırım Bəyazid
I Bəyazid və ya Sultan İldırım Bayazid (Şablon:Dil-otm; təq. 8 mart 1354, Ədirnə, Osmanlı imperiyası – 8 mart 1403, Akşehir, Osmanlı imperiyası) — Osmanlı imperiyasının 4. padşahı. Atası I Murad, anası isə Gülçiçək Xatundur. Sultan Bəyazid Anadolu və Rumelindəki vassal bəylikləri aradan qaldırmaq və İslam dövləti anlayışı çərçivəsində mərkəzləşdirilmiş bir dövlət qurmaq niyyətində idi. Bu arzusunu qismən də olsa yerinə yetirmiş, ilk mərkəzi idarəni quraraq qul sistemini təkmilləşdirmiş, yeni qanunnamələr hazırlamışdır. Həyatı başdan-başa döyüş meydanında keçən Sultan Bəyazid bununla yanaşı imperiyanın bir çox yerlərində yenidənqurma işləri də aparmışdır. Konstantinopolun mühasirəsində önəmli rol oynayan Anadolu hasarını inşa etdirmiş (1396–1397), Anadolunun və Rumelinin bir çox yerlərində məscidlər, mədrəsələr, imarətlər, karvansaraylar inşa etdirmişdir. 1354-cü ildə dünyaya gəlmişdir. Osmanlı sultanı I Muradın böyük oğlu olub, anası Gülçiçək Xatundur.
İldırım Cabbarov
Cabbarov İldırım Bəhram oğlu (10 oktyabr 1935, Qaryagin rayonu – 23 yanvar 2014, Mingəçevir) — Azərbaycan teatr rejissoru, Mingəçevir Dövlət Dram Teatrının Baş rejissoru (1968–1980). İldırım Cabbarov 10 oktyabr 1935-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndində anadan olmuşdur. 1968-ci ildən 1980-ci ilə qədər M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrında baş rejissor, sonra isə rejissor və aktyor kimi işləmiş, onun tamaşaya hazırladığı əsərlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. C. Cabbarlı "Almaz", Fiqereydo "Ezop", S. Vurğun "Fərhad və Şirin", M. Şamxalov "Qaynana", S. Rüstəm "Durna", K. Qaldoni "İki ağanın bir nökəri" və s. əsərlər onun quruluşunda səhnələşdirilib. 1980-ci ildən 1990-cı ilə qədər teatr səhnəsindən ayrılıb. 1990-cı ildən yenidən həmin teatrda rejissor və aktyor işləyib. (İ. Əfəndiyev "Tənha iydı ağacı") – Kərim bəy, (İ. Əfəndiyev "Sevgililərin cəhənnəmdə vüsalı") – Avşar Hüseyn, (C. Cabbarlı "Almaz") – Hacı Əhməd, (C. Cabbarlı "Solğun çiçəklər" – Bəhram, (C. Məmmədquluzadə "Danabaş kəndinin məktəbi") – Naçalnik, (S. Vurğun "Vaqif") – İbrahim xan obrazları onun yaratdığı nümunələrdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur. 2005-ci ildə anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Fəxri Fərmana və pul mükafatına layiq görülmüşdür.
İldırım Cəfərov
İldırım Şirin oğlu Cəfərov — Əməkdar aqronom. 23 fevral 1921-ci ildə Ağdam rayon Xındırıstan kəndində anadan olmuşdur.1929-cu ildə Xındırıstan ibtidai məktəbinə getmiş,1937-ci ildə isə Paşabəyli kənd yeddiillik məktəbini bitirərək Stalin adına Ağdam Pedoqoji Məktəbinə qəbul olmuşdur.1939-cu ildə həmin məktəbi bitirərək Maarif nazirlyinin göstərişi ilə Ağcabədi rayonunun Salmanbəyli kənd məktəbinə göndərilərək müəllimlik fəaliyyətinə başlamışdır.1943-cü ildə orduya çağırılmışdır.1948-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun tarix fakültəsinin qiyabi şöbəsinə qəbul olmuş, institutu bitirdikdən sonra Xındırıstan kənd orta məktəbinin direktoru təyin edilmişdir. Layiqli müəllimlik fəaliyyətinin qiyməti olaraq "Qabaqcıl maarif xadimi" adına layiq görülmüşdür. Rayonda ve elecede respublikada sayılıb-seçilən ağsaqqallardan olmuş İldırım Cəfərov neçə-neçə ictimai heyata atılmış gəncin məsləhət yeri olmuşdur, bu gündə onun tövsiyələri, məsləhətləri dillərdə səslənir. Rayon Ağsaqqallar şurasının sedri seçilmişdir və ömrünün sonunadək ictimai işlərdə, rayon tədbirlərində yaxından iştirak etmişdir.2004-cü il yanvarın 20-sində vəfat etmişdir. Övladları Svetlana, Aybəniz, Eldəniz, Ceyhun, Afət və Zülfiyyə,14 nəvəsi,17 nəticəsi və 2 kötücəsi var. 1960-cı ildə Ağdam Rayon Partiya Komitəsinə çağırılır və o adlı-sanlı bir kəndin itmiş şöhrətinin özünə qaytarılması üçün Xındırıstan kəndinə kolxoz sədri təyin edilir. Onun fəaliyyətinin ilk dövrlərindən başlayaraq Xındırıstan kəndi sürətlə abadlaşır, çiçəklənirdi. Beləki kənddə Məişət xidməti evi, Xındırıstan kənd xəstəxanasının binası, ticarət mərkəzi, hamam binası, poçt binası, Xındırıstan ərazi nümayəndəliyinin binası, artezian quyularının istismarı idarəsinin binası, aptek, Texniki peşə məktəbinin binası, uşaq bağçası, od dəyirmanı, Xındırıstan kənd orta məktəbinin binası, qonaq evi, Böyük Vətən müharibəsibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə, Heydər bulağı və koperativ yaşayış evləri tikilərək əhalinin istifadəsinə verildi. Müxtəlif illərdə"1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbə"medalı,"1941–1945-ci illər Böyük Vətən müharibəsində əmək rəşadətinə görə" medalı, Böyük Vətən müharibəsində qələbənin20 illiyi,30 illiyi,40 illiyi və 70 illiyi medalları,"Əmək veteranı"medalı, Üç dəfə "Qırmızı Əmək Bayrağı ordeni"liə, bir dəfə"Oktyabr İnqilabı"ordeni ilə təltif edilmişdir.
İldırım Həsənov
Həsənov İldırım Həsən bəy oğlu - Xanəndə İldırım Həsənov 1920-ci ildə Ağdam rayonunun Saybalı kəndində dünyaya gəlib. Atası Həsən bəy Qarabağın sayılıb-seçilən zadəganlarından, anası Dilguşa bəyim isə Məhəmməd ağanın qızı. Ata xanın nəvəsidir. Böyük sənətkar Zülfü Adıgözəlovun təkidilə 1947-ci ildə Ağdamdan Bakıya köçən İ.Həsənov elə bu ustad sənətkardan musiqi dərsi alıb. Uzun illər Asəf Zeynallı adına musiqi məktəbində dərs deyib. İ.Həsənov 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçısı olub, orden və medallarla təltif edilib. Xanəndə 1977-ci ildə dünyasını dəyişib. Hazırda onun Qızıl Fondda bir sıra dəyərli lent yazıları saxlanılır. Xalq artisti Arif Babayev: "İldırım Həsənov çox gözəl səsə malik, təmiz qəlbli, şirin danışıqlı bir insan idi. Bəy nəslindən olduğu üçün çox vaxt biz ona bəy deyə müraciət edərdik.
İldırım Məmmədov
İldırım Qasımlı
İldırım Əvəzoğlu (tam adı:Qasımlı İldırım Əvəz oğlu) —pedaqoq,teatrşünas və jurnalist, YAP Sumqayıt təşkilatının təsisçilərindən biri, həmin təşkilatın sədr müavini və "Məslək" qəzetinin baş redaktoru. İldırım Əvəz oğlu Qasımlı 1 mart 1940-cı ildə Zəngəzur mahalının Ağudi kəndində anadan olmuşdur. İ.Qasımlı orta təhsilini başa vurduqdan sonra 1958-ci ildə APİ-nin tarix-filologiya fakültəsinə daxil olmuşdur. İ.Qasımlı 1967-1969-cu illərdə "Sumqayıt" qəzetində ədəbi işçi və məsul katib vəzifələrində çalışmışdır. O, görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru Yəhya Seyidovun rəhbərliyi ilə "Əli Vəliyevin romanları" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi adı alır. 1978-ci ildə "Əli Vəliyev" adlı monoqrafiyasını nəşr etdirir. İldırım Qasımlı atasını erkən itirdiyindən qardaşı və iki bacısı ilə birlikdə anasının himayəsində böyümüşdür. Onun anası xalça ustası Əsilxan Hümbətyar qızı idi. Raya Qasımova (Məhərrəmova) ilə ailə həyatı qurmuşdur. 2 qızı, 2 oğlu olmuşdur.
İldırım təşkilatı
Antisovet İldırım təşkilatı – 1942-ci ildə sovet işğalına qarşı mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün qurulmuş təşkilat. Şərqşünas İsmixan Rəhimov Şərqşünas Hacı Zeynalov Musa Abdullayev Kamal Əliyev Azər Ələsgərov Aydın Vahidov Kamil Rzayev Gülhüseyn Abdullayev Azərbaycanı Sovetlər Birliyindən ayırmaq, Azərbaycanın müstəqilliyini əldə etmək 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq. "Təşkilatda yeganə yazar olan Gülhüseyn Hüseynoğlu xalq arasında iş aparır, onu SSRI-dən ayırmağa hazırlayır. Sonralar təşkilat üzvləri qərara gəlirlər ki, o zamanın öndə gedən sovet şairi Səməd Vurğuna azərbaycanlı olduğunu əsas götürərək məktub yazıb dəstək istəsinlər. G.Hüseynoğlunun diktəsilə İsmixan Rəhimov çap hərflərinə bənzər bir xətdə məktub yazır. Ümid edir ki, "Dönməzlər" imzasıyla yazılmış bu məktub əl hərflərilə yazılmadığından, ələ keçsə, xəttini tanımayacaqlar. Sən demə, yanılırmış. Səməd Vurğuna qohumları vasitəsilə məktub göndəriləndən bir sürə sonra şair onları ələ verir. 1945-ci ildə universitetlərdə bütün tələbələrin xətlərini yoxlama yazı işi bəhanəsilə əldə edirlər. Xəttatlıq elmi Sovetlər Birliyində elə inkişaf edibmiş ki, İsmixanın xəttini minlərlə tələbə arasından tanıyırlar.
İldırım ötürücü
İldırım ötürücü — bina və qurğulara quraşdırılan, ildırım vurmalarından qorunmaq üçün cihaz. İldırım çaxması zamanı yer üzündə böyük bir cərəyan meydana gəlir və Yerin səthində güclü bir elektrik sahəsi görünür. Sahə intensivliyi xüsusilə kəskin keçiricilərin yanında yüksəkdir və buna görə ildırım ötürücünün ucunda bir tac boşalması alovlanır. Tac boşalması nəticəsində ildırım ötürücüyə yaxın hava güclü ionlaşır. Nəticədə ucun yaxınlığındakı elektrik sahəsi azalır (hər hansı bir ötürücünün içərisində olduğu kimi), induksiyalı yüklər binaya yığıla bilmir və şimşək ehtimalı azalır. İldırım meydana gəldiyi eyni hallarda (belə hallar çox nadirdir), ildırım ötürücü vastəsi ilə ötürülür və nəticədə dağıntı olmadan təhlükə aradan alxır. Bir-biri ilə əlaqəli üç hissədən ibarətdir: İldırım qəbul edici — ildırımın qəbul edilçəsinə xidmət edir və ildırım kanalı ilə təmas zonasında yerləşir; qorunan obyektdən asılı olaraq, metal bir pin, keçirici material şəbəkə və ya qorunan obyektin üstünə uzanan bir metal kabel ola bilər. Yerləndirmə ötürücüsü və ya aşağı keçirici — yükü hava terminalından torpaq elektroduna yönəltməyə xidmət edən bir dirijor; ümumiyyətlə kifayət qədər böyük bir kəsişmədən ibarət bir teldir. Yerləndirmə — yerlə təmasda olan bir ötürücü və ya ümumiyyətlə torpağa basdırılmış bir metal çubuq. Bir ildırım ötürücüsünü elementləri bir-birinə bağlıdır və dəstəkləyici bir quruluşla sabitlənmişdir.
Əziz İldırım
Aziz Yıldırım və ya Əziz İldırım (2 noyabr 1952, Ergani, Diyarbəkir ili) — Fənərbaxça İdman Klubunun prezidentidir. 1998-ci ildən etibarən bu klubun prezidentidir.
İldırım Ağbulud
İldırım Ağbulud (2 sentyabr 1935, Ərzincan – 14 aprel 2021, Ankara) Türkiyəli siyasətçi, Ana Vətən Partiyasının rəhbəri, Türkiyənin Baş naziri və iki dəfə Türkiyə Böyük Millət Məclisinin sədri. İldırım Ağbulud 2 sentyabr 1935-ci ildə Türkiyənin Ərzincan şəhərində poçtalyon atanın oğlu olaraq doğulub. İbtidai təhsilini Əskişəhərdə, orta təhsilini isə Samsun və Ərzincanda davam etdirib. Daha sonra İstanbul Universitetinin Hüquq fakültəsində hüquq təhsili alıb. Universiteti bitirdikdən sonra hüquqşünas kimi çalışıb. İldırım Ağbulud siyasi arenaya daxil olarkən Ərzincan vilayətindən millət vəkili seçilib. O, 1983-cü ildə Ana Vətən Partiyasının qurucularından biri olub. 1983-cü ilin ümumi seçkilərdə Parlamentə daxil olub və 1984-cü ildə Ana Vətən Partiyasının rəhbəri Turqut Özalın və Baş nazirin yanında Daxili İşlər naziri olub. Ağbulud 1987-ci ilədək xidmət edib, daha sonra onun partiyası Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizəd olaraq irəli sürülüb və qalib gələrək 1989-cu ilədək xidmət edib. 24 dekabr 1987 – 9 noyabr 1989-cu illər arasında Türkiyə Böyük Millət Məclisinin sədri olub.
Diyap İldırım
Diyap İldırım (türk. Diyap Yıldırım), həmçinin Diyağ Ağa və ya Dərsimli Diyap Ağa (türk. Dersimli Diyap Ağa; 1852, Çemişgezek[d], Tuncəli ili – 1932, Sivas) — Türkiyə siyasətçisi və tayfa lideri, 1-ci Türkiyə Böyük Millət Məclisinin Tuncelidən deputatı. == Həyatı == Diyap Yıldırım 1846-cı ildə Tuncelinin Çemişgəzək rayonunda Hozatlı Seyitxan Ağa və Əlif Xanımın oğlu olaraq anadan olmuşdur. Ovacıq–Hozat tayfalarından olan Fərhaduşağı tayfasına mənsubdur. O, kürdəsilli və ya zazaəsillidir. Ələvi olmuşdur. Diyap Ağa Birinci Dünya müharibəsində Həmidiyyə milisində milis komandiri olmuşdur. Bitlis və Siirtin Rusiya işğalından azad edilməsi üçün tayfası ilə döyüşə qatılmış və bu müharibələrdə milislərə komandanlıq etmişdir. Bu müddət ərzində ordu komandiri Mustafa Kamal Atatürklə yaxın dostluq əlaqələri qurmuşdur.
İzzəddin İldırım
İzzəddin İldırım — kürdəsilli Türkiyə nurçu aktivisti və "Med-Zehra" lideri. O, "Kürd Hizbullahı" tərəfindən qətlə yetirilmişdir. == Həyatı == İzzəddin İldırım 1946-cı ildə Ağrı vilayətinin Patnos rayonunun Qızılqaya kəndində anadan olmuşdur. Onun atası imam olan Tahir İlıdırm İzəddin çox gənc ikən vəfat etmişdir. İbtidai təhsilini öz kəndində başa vurduqdan sonra müxtəlif vilayətlərdə müxtəlif mədrəsələrdə oxumuşdur. Səid Nursinin "Risalə-i Nur"unu oxumağa başlamış və nurçu olmağa qərar vermişdir. Sonra hərbi xidmətini başa vurmaq üçün İstanbula getmişdir. 1990-cı ildə yaxın dostları Zəkəriyyə Özbək, Hüseyn Daşqın, Qiyasəddin Bingöl və Yasin İldırımla birlikdə "Med-Zehra" adı ilə tanınan Zəhra Təhsil və Mədəniyyət Vəqfini təsis etmişdir. İzzəddin İldırım 29 dekabr 1999-cu ildə təravih namazına hazırlaşan zaman qaçırılmışdır. Həftələrlə ondan xəbər alınmamışdır.
Turhan Cihan Şimşək
Turhan Cihan Şimşək, Almaniyanın Gəlincik şəhərində doğulmuşdur. İndi isə İstanbulda yaşayır. "Bez Bebek" serialında Səlim rolunu canlandıran və eyni zamanda Krispi reklamlarından da tanıdığımız Cihan, hazırda Disney Channeldə çəkilən Zəng Vurulanda serialında Metehan xarakterini canlandırır.